• 18 °C Bakı
  • 15 °C Quba
  • 19 °C Gəncə
  • 18 °C Yevlax
  • 15 °C Naxçıvan

Futbol yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununu keçirəcək

24.03.2019 18:22
76
Futbol yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununu keçirəcək


Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti matçına çıxacaq. AVRO-2020-nin seçmə mərhələsinin ikinci turunda istirahət edən yığmamız Litva ilə yoxlama oyunu keçirəcək.


Bu matç komandamızın 2019-cu ildə ikinci görüşü olacaq. Seçmə mərhələyə Xorvatiyadakı 1:2 hesablı məğlubiyyətlə başlayan millimiz ilk yoxlama oyununa çıxacaq.


Bu, baş məşqçi postunda ikinci matçını keçirəcək Nikola Yurçeviçin ilk ev qarşılaşması və ilk yoldaşlıq görüşü olacaq. Qitənin ən zəif yığmaları sırasında olan Litva millisi də seçmə mərhələyə məğlubiyyətlə başlayıb. Yüksəlişdə olan Lüksemburqa 1:2 hesabı ilə uduzan Baltikyanı ölkə təmsilçisi UEFA Millətlər Liqasında da uğursuzluq yaşayıb (ONA). Yığmamızın rəqibi ötən ilin payızında C liqasında 6 məğlubiyyət alaraq qrup sonuncusu kimi aşağı – sonuncu liqaya yuvarlanıb.


Rəqibin FİFA reytinqində 132-ci, bu siyahıdakı Avropa ölkələri arasında 50-ci olması da Litva yığmasının komandamızdan xeyli zəif saymağa əsas verir. 10 aya yaxındır heç bir yoxlama oyunu keçirməyən, yalnız rəsmi matçlarla kifayətlənən millimiz belə asan rəqiblə görüşdə azarkeşlərini sevindirməyə borcludur.


N.Yurçeviçin rəhbərliyi altında ilk qələbəni qazanmağa çalışacaq futbolçularımız 21 ildən sonra Litvanı yenə bilər. İki dəfə qarşılaşdığımız rəqibi 1998-ci ildə 2:1 hesabı ilə məğlub edən təmsilçimiz 2008-ci ildə 0:1 hesabı ilə uduzub. Litvanı ilk dəfə Bakıda qəbul edəcək yığma “Bakcell Arena”da baş tutacaq görüşdə balansdakı tarazlığı lehinə dəyişməlidir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND