Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb


25.06.2019 18:05
169
Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb. 


Ekspress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də bu barədə müvafiq qərar imzalayıb.


Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-i saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.


Sessiyanın müzakirəsinə 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri daxildir (report).

 

 Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.


Ekspress.az

Açar sözlər: