Rusiyanın valyuta ehtiyatları ötən ay 3 milyard dollardan çox artıb


14.05.2019 18:16
188
Rusiyanın valyuta ehtiyatları ötən ay 3 milyard dollardan çox artıb

Bu ilin aprel ayında Rusiyanın valyuta ehtiyatları 3,285 milyard ABŞ dolları və yaxud 0,67% artaraq mayın 1-nə 491,088 milyard dollar təşkil edib.


Ekspress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında isə Rusiyanın valyuta ehtiyatları 4,8% və yaxud 22,593 milyard dollar artım nümayiş etdirib.


Xatırladaq ki, valyuta ehtiyatları Rusiya Bankına (Mərkəzi Bank) və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND