Xa­ric­də­ki Azər­bay­can mək­təb­lə­ri­nin sa­yı ar­tı­rı­la­caq

26.09.2018 19:17
1290
Xa­ric­də­ki Azər­bay­can mək­təb­lə­ri­nin sa­yı ar­tı­rı­la­caq

Dün­ya­da ge­dən qlo­bal­laş­ma pro­se­si, xalq­lar ara­sın­da sü­rət­li in­teq­ra­si­ya meyl­lə­ri­nin güc­lən­mə­si di­as­por qu­ru­cu­lu­ğu sa­hə­sin­də da­ha ef­fek­tiv iş­lər gör­mə­yi qa­çıl­maz edir. Əsa­sı­nı ümum­mil­li li­der Hey­dər Əli­ye­vin qoy­du­ğu di­as­por si­ya­sə­ti­nin ma­hiy­yə­ti azər­bay­can­lı­la­rın ta­ri­xi və­tən­lə­ri ilə əla­qə­lə­ri­ni in­ki­şaf et­dir­mək və di­as­po­run po­ten­sia­lın­dan fay­da­lan­maq, ey­ni za­man­da xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mə­də­ni-si­ya­si hü­quq­la­rı­nı mü­da­fiə et­mək­dən iba­rət­dir.


Azər­bay­can bu məq­səd­lə­rə çat­maq üçün xey­li yol qət edib. Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin si­ya­si kur­su son dövr­lər­də di­as­por hə­rə­ka­tı­nı da­ha da güc­lən­di­rib, xa­ric­də­ki Azər­bay­can ic­ma­la­rı ara­sın­da əla­qə­lər möh­kəm­lə­nib, haqq sə­si­mi­zin dün­ya­ya çat­dı­rıl­ma­sı, həm­və­tən­lə­ri­mi­zin hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si is­ti­qa­mə­tin­də bir sı­ra nai­liy­yət­lə­rə im­za atı­lıb. Bə­zi öl­kə­lə­rin təc­rü­bə­si­nə bax­dıq­da gö­rü­nən odur ki, di­as­por ilə sar­sıl­maz bağ­lar qu­ra bi­lən öl­kə­lər bey­nəl­xalq are­na­da da­ha güc­lü tə­rə­fə çev­ri­lir­lər. Öl­kə­miz də, məhz bu hə­də­fə doğ­ru irə­li­lə­yir.


Di­as­por­la əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si və xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız­la eti­bar­lı kör­pü­lər qu­rul­ma­sı­nın mü­hüm həl­qə­lə­rın­dan bi­ri də müx­tə­lif öl­kə­lər­də Azər­bay­can di­li mək­təb­lə­ri­nin açıl­ma­sı­dır. Bu mək­təb­lər di­li­mi­zi, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zi ya­şa­dır və təb­liğ edir. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­can di­li­ni unut­ma­ma­sı, soy­daş­la­rı­mız ara­sın­da di­li­mi­zin ya­şa­ma­sı üçün da­vam­lı iş­lər gö­rür. Bu məq­səd­lə Ko­mi­tə­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən "Di­as­por TV" də on­layn Azər­bay­can di­li dərs­lə­ri­nin təş­ki­li is­ti­qa­mə­tin­də iş­lər ar­tıq ye­kun­laş­maq üz­rə­dir. Ey­ni za­man­da, müx­tə­lif öl­kə­lər­də Azər­bay­can di­lin­də həf­tə­so­nu mək­təb­lə­ri­nin sa­yı­nın ar­tı­rıl­ma­sı yo­lun­da ad­dım­lar atı­lır.


Ye­ri gəl­miş­kən, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı Azər­bay­can Res­pub­li­ka­sı­nın mə­də­niy­yət, dil və təh­sil si­ya­sə­ti "Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nun­da da ək­si­ni ta­pıb. Qa­nun­da gös­tə­ri­lir ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət or­qan­la­rı xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni ir­si­nin və di­li­nin qo­ru­nub sax­lan­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də, öz ana di­lin­də təh­sil al­maq im­ka­nı­nın hə­ya­ta ke­çi­ril­mə­sin­də yar­dım gös­tə­rir və bu məq­səd­lə zə­ru­ri təd­bir­lər gö­rür. Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət or­qan­la­rı di­gər döv­lət­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li-mə­də­ni mux­ta­riy­yət­lə­ri ilə hər­tə­rəf­li əmək­daş­lıq hə­ya­ta ke­çi­rir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni, el­mi və in­for­ma­si­ya tə­lə­ba­tı­nı ödə­mək üçün Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər döv­lət­lər­də olan elm və mə­də­niy­yət mər­kəz­lə­rin­dən is­ti­fa­də et­mək im­ka­nı ve­ri­lir.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz mə­də­ni ir­si­nin qo­ru­nub sax­lan­ma­sın­da və in­ki­şaf et­di­ril­mə­sin­də yar­dım məq­sə­di ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət or­qan­la­rı aşa­ğı­da­kı təd­bir­lə­ri hə­ya­ta ke­çi­rir:


xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mə­də­niy­yət mər­kəz­lə­ri­nə, mə­də­ni­maa­rif təş­ki­lat­la­rı­na, ki­tab­xa­na­la­rı­na, ar­xiv­lə­ri­nə, mu­zey­lə­ri­nə, te­atr­la­rı­na, mu­si­qi an­samb­lla­rı­na və di­gər ya­ra­dı­cı kol­lek­tiv­lə­ri­nə yar­dım gös­tə­rir;


xa­ri­ci öl­kə­lər­də Azər­bay­can di­lin­də fəa­liy­yət gös­tə­rən mək­təb­lə­rin təd­ris­me­to­dik və mad­di-tex­ni­ki tə­mi­na­tı­na və in­ki­şa­fı­na, elə­cə də hə­min mək­təb­lər üçün kadr­la­rın ha­zır­lan­ma­sı­na yar­dım gös­tə­rir;


xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mə­də­ni ir­si­nin öy­rə­nil­mə­si­nə kö­mək gös­tə­rir;


xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra öz ana di­li­ni qo­ru­yub sax­la­maq­da, ana di­li­nin öy­rə­nil­mə­si­nə, təh­sil al­maq və in­for­ma­si­ya əl­də et­mək üçün bu dil­dən is­ti­fa­də­yə şə­ra­it ya­ra­dıl­ma­sın­da kö­mək gös­tə­rir;


xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Azər­bay­can ta­ri­xi­ni və Azər­bay­can mə­də­ni ir­si­ni öy­rən­mə­si­nə şə­ra­it ya­ra­dıl­ma­sın­da on­la­ra kö­mək gös­tə­rir;


xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra Azər­bay­can Res­pub­li­ka­sın­da təh­sil al­maq, el­mi və di­gər ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti ilə məş­ğul ol­maq üçün gü­zəşt­li şərt­lər­lə yar­dım gös­tə­rir.


Xa­ric­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can dil­li mək­təb­lə­rin müa­sir mən­zə­rə­si­nə gəl­dik­də, qon­şu Tür­ki­yə­də Zəh­ra Ana Yar­dım­laş­ma və Həm­rəy­lik Dər­nə­yi­nin, Azər­bay­can Təh­sil, Mə­də­niy­yət və So­si­al Həm­rəy­lik Dər­nə­yi­nin, Azər­bay­can Təh­sil və Kül­tür Dər­nə­yi­nin nəz­din­də Azər­bay­can mək­təb­lə­ri fəa­liy­yət gös­tə­rir.


Bu­nun­la ya­na­şı ha­zır­da Qa­zaxs­tan­da 7, Öz­bə­kis­tan­da 1, Qır­ğızs­tan da 2 Azər­bay­can dil­li mək­təb fəa­liy­yət gös­tə­rir. ABŞ və bə­zi baş­qa öl­kə­lə­rə nə­zər sal­dıq­da isə, Flo­ri­da­da 2, Nyu-York­da 1, Bruk­lin­də 1, Ka­li­for­ni­ya­da 1, To­ron­to­da 1, Ot­ta­va­da 1, Lon­don­da 1 Azər­bay­can dil­li mək­tə­bi həm­və­tən­lə­ri­mi­zə doğ­ma di­li­ni, ta­rix və mə­də­niy­yə­ti­ni öy­rə­dir.


Qeyd et­mə­li­yik ki, bə­zi öl­kə­lər­də­ki həf­tə­so­nu Azər­bay­can di­li mək­təb­lə­ri də uğur­la iş­lə­ri­ni da­vam et­di­rir. Da­ni­mar­ka, İs­veç­rə, Ni­der­land, Fran­sa, Es­to­ni­ya, Lit­va, Ni­der­land Kral­lı­ğı da Azər­bay­can di­li mək­təb­lə­ri­nin fəa­liy­yət gös­tər­di­yi öl­kə­lər sı­ra­sın­da­dır.


Qon­şu Gür­cüs­tan­da isə bu mək­təb­lə­rin sa­yı da­ha çox­dur və 80-i ötüb.


Ha­zır­da Uk­ray­na­nın Xar­kov şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən "Dost­luq" cə­miy­yə­ti­nin, Uk­ray­na Azər­bay­can­lı­la­rı Bir­ləş­miş Konq­re­si­nin Odes­sa, Ni­ko­la­yev, Do­netsk, Dnep­ro­pet­rovsk və di­gər şə­hər­lər­də­ki re­gio­nal böl­mə­si­nin nəz­din­də də Azər­bay­can di­li üz­rə şən­bə-ba­zar si­nif­lə­ri fəa­liy­yət gös­tə­rir ki, bu si­nif­lər­də də di­li­miz, mə­də­niy­yə­ti­miz və ta­ri­xi­miz haq­qın­da mə­lu­mat­lar ve­ri­lir.


Da­ha çox say­da azər­bay­can­lı­nın ya­şa­dı­ğı qon­şu Ru­si­ya Fe­de­ra­si­ya­sı­na gəl­dik­də isə, öl­kə­də fəa­liy­yət gös­tə­rən bir çox Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın nəz­din­də həf­tə­so­nu mək­təb­lə­ri var. Mosk­va, Sankt-Pe­ter­burq, Kursk, Kras­no­yarsk, Vla­di­vos­tok, Vo­ro­nej, Tam­bov, Tu­la, Ka­li­ninq­rad, Çu­va­şi­ya, Perm, Tomsk, No­vo­si­birsk, Çi­ta, Oren­burq, Stav­ro­pol, İva­no­vo, Tü­men, Ar­xan­gelsk, Çel­ya­binsk, Amur, Mur­mans­kda Azər­bay­can di­li və mə­də­niy­yə­ti­ni öy­rə­dən mək­təb­lər var. Ümu­mi­lik­də Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın 53 re­gio­nun­da Azər­bay­can di­li, ta­ri­xi, mə­də­niy­yə­ti­ni təd­ris edən həf­tə­so­nu mək­təb­lə­ri fəa­liy­yət gös­tə­rir.


Ha­zır­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si xa­ric­də Azər­bay­can mək­təb­lə­ri­nin sa­yı­nın ar­tı­rıl­ma­sı, soy­daş­la­rı­mı­zın di­li­miz, ta­ri­xi­miz, mə­də­niy­yə­ti­miz və ümu­mi­lik­də öl­kə­miz haq­qın­da da­ha ge­niş in­for­ma­si­ya­lar əl­də et­mə­si üçün ar­dı­cıl ad­dım­lar atır.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, bu is­ti­qa­mət­də gö­rü­lən iş­lər, yal­nız mək­təb­lər­lə ta­mam­lan­mır. Bir sı­ra öl­kə­lər­də mü­va­fiq kurs­lar da var. Da­vam­lı ola­raq, fəa­liy­yət gös­tə­rən kurs­lar Azər­bay­can di­li­nin, mə­də­niy­yə­ti­nin in­cə­lik­lə­ri­ni nə­in­ki soy­daş­la­rı­mı­za, on­la­rın öv­lad­la­rı­na, ey­ni za­man­da xa­ri­ci öl­kə və­tən­daş­la­rı­na da öy­rə­dir. Kurs­la­rın, elə­cə də mək­təb­lə­rin məq­sə­di həm də miq­ra­si­ya et­miş soy­daş­la­rı­mı­zın adap­ta­si­ya, bu öl­kə­də do­ğul­muş uşaq­la­rın isə as­si­mil­ya­si­ya prob­le­mi­nin həl­li­nə dəs­tək gös­tər­mək, uşaq­la­rın in­ki­şa­fı­nı tə­min et­mək, on­la­ra Azər­bay­can adət­lə­ri­ni aşı­la­maq, di­li­mi­zi ya­şat­maq, mə­də­niy­yə­ti­mi­zi və ta­ri­xi­mi­zi öy­rət­mək, ey­ni za­man­da, gənc soy­daş­la­rı­mız ara­sın­da is­te­dad­lı uşaq­la­rı aş­kar edə­rək on­la­rın in­ki­şa­fı­na kö­mək et­mək­dir. Bü­tün bun­lar, həm də azər­bay­can­lı ai­lə­lə­rin bir-bi­ri ilə ün­siy­yə­ti ba­xı­mın­dan fay­da­lı­dır.


Be­lə­lik­lə də, Azər­bay­can di­li və mə­də­niy­yə­ti­nin təb­li­ği ilə ya­na­şı, həm də Azər­bay­ca­nın zən­gin ta­ri­xi-mə­də­ni ir­sə ma­lik ol­du­ğu, to­le­rant və sülh­pər­vər bir xalq ol­du­ğu bir da­ha dün­ya­ya bə­yan edi­lir. Bü­tün bun­lar­la ya­na­şı, is­tər mək­təb­lə­rin, is­tər­sə də kurs­la­rın fəa­liy­yə­tin­də Azər­bay­can hə­qi­qət­lə­ri, tor­paq­la­rı­mı­zın iş­ğa­lı, Qa­ra­bağ prob­le­mi ilə bağ­lı in­for­ma­si­ya­la­rın dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı əsas hə­dəf­lər­dən bi­ri­dir. 


"Və­tən uzaq­da de­yil" de­vi­zi ilə fəa­liy­yət gös­tə­rən Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si mək­təb­lə­rin, kurs­la­rın, təş­ki­lat­la­rın sa­yı­nın da­ha da ço­xal­dıl­ma­sı­nı təq­dir et­mək­lə, hər bir soy­da­şı­mı­zın ya­nın­da ol­ma­ğı hə­dəf se­çib, on­la­rın ar­xa­sın­da güc­lü və müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin da­yan­dı­ğı­nı və ona azər­bay­can­lı ol­ma­sı ilə qü­rur duy­ma­ğı   aşı­la­yır.


Son ola­raq bil­di­rək ki, ar­tıq dün­ya­da di­as­por an­la­yı­şı­na ye­ni ya­naş­ma or­ta­ya qo­yu­lur. Mo­dern di­as­por­la­rın son önəm­li pa­ra­met­ri təş­ki­la­ti-mo­bil­lik­dir. Dil bir­li­yi, əməl bir­li­yi mo­bil­li­yin mü­hüm ele­men­ti­di. Bu­na na­il ol­maq­la ye­ni plat­for­ma­lar­da irə­li­lə­mək müm­kün­dür və Ko­mi­tə­nin fəa­liy­yə­ti­nin əsas sü­tu­nu olan Stra­te­ji Yol Xə­ri­tə­si­nin ma­hiy­yə­ti də, məhz bu­na xid­mət edir.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND