İnquşetiya Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

06.06.2019 19:58
41
 İnquşetiya Respublikasının rəhbəri Azərbaycana səfər edəcək

“İnquşetiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır”.


Bunu Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunus-Bek Yevkurov XXIII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.


"Biz yaxınlıqda yaşayırıq, ona görə də respublikalarımız arasında dostluğu inkişaf etdirmək və gücləndirmək lazımdır. Bizdə yaxşı Azərbaycan diasporu var. Böyük Vətən müharibəsi dövründə Azərbaycan briqadası Malqobek şəhərini müdafiə edib və əsgərlərin hamısı orada ölüb. Bu yay Azərbaycana səfər etməyi planlaşdırıram (report). Bu məsələ hələ razılaşdırılır. Ölkənizi ziyarət etməyi və bəzi məsələləri müzakirə etməyi çox istəyirəm”, - deyə siyasətçi qeyd edib.


Yunus-Bek Yevkurov həmçinin çəkmə gətirəcəyi ilə bağlı söz verdiyi azərbaycanlı rəssamla görüşmək istədiyini bildirib:


"Bakıda Əli adlı bir rəssam var. O, sahildə ayaqyalın gəzir. Ona hərbi çəkmə gətirəcəyimə söz vermişəm”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND