Neftin bahalaşması Avropa ölkələrinin iqtisadiyyatına daha çox ziyan vurur

03.12.2018 16:07
229
Neftin bahalaşması Avropa ölkələrinin iqtisadiyyatına daha çox ziyan vurur

"Siyasətlə iqtisadiyyat bir-birindən ayrılmazdır, yəni qarşılıqlı vəhdətdədir. Neft dünyada srtateji məhsul olduğundan dünya iqtisadiyyatına və siyasətinə bilavasitə təsir edir". Ekspress.az xəbər verir ki, bunu Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev "Təzadlar"ın sualını cavablandırarkən deyib.


Onun sözlərinə görə, bu baxımdan, ABŞ dünyanın neft yataqlarını ələ keçirir. Belə ki, siyasi yolla əldə edə bilmədiyi neft yataqlarını güc yolu ilə ələ keçirməkdədir. Demək olar ki, ABŞ dünyada neftin qiymətini tənzimləyə biləcək güc mərkəzinə çevrilib, hətta OPEK-in qərarları ABŞ-ın istəyinə bağlıdır. 


"Belə ki, Avropa İttifaqı ABŞ-ın tələbi ilə Rusiyaya tətbiq edilmiş sanksiyalara qoşulmasa, Rusiya ilə yanaşı, Avropa dövlətlərinin özünə daha çox ziyan vurur. Bunu Avropa mütəxəssisləri də etiraf edirlər. Dünyada neftin qiymətinin qalxması Avropa ölkələrinin iqtisadiyyatına daha çox ziyan vurur. İqtisadiyata dəyən zərər siyasi dairələrdə də müzakirə olunur və narazılıqla qarşılanır. Bu barədə etirazlarını ABŞ rəsmilərinə bildirirlər. İqtisadiyyatın ağırlaşması cəmiyyətdə sosial narazılıqların yaranmasına gətirib çıxarır. Bu yaxınlarda Fransanın paytaxtında baş verən etirazlar da bununla bağlıdır".


A.Məsiyev deyib ki, dünyada neftin qiymətinin qalxması həm Rusiyanın, həm də İranın iqtisadiyyatının qalxmasına gətirib çıxarır ki, bu da ABŞ-ın maraqlarına uyğun deyil. "ABŞ Avropa İttifaqını öz siyasi iradəsi altında saxlamaq üçün iqtisadiyyata dəyən ziyanı kompensasiya etmək məqsədi ilə dünyada neftin qiymətinin aşağı salınmasına nail olur. Yəni, bu gün dünyada neftin qiymətinin düşməsi siyasi amillərlə bağlıdır".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND