Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yaxın gələcəkdə tamamlanacaq


11.07.2019 13:44
45
Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yaxın gələcəkdə tamamlanacaq

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişə dair danışıqlar davam edir. Ümid edirik ki, nəticələr yaxın vaxtlarda əldə ediləcək. Avropa İttifaqı olaraq Avropa Komissiyasının indiki heyətinin işinin bitməsinə qədər bu sənədin razılaşdırılmasını tamamlamağa hazırıq".


Ekspress.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.


Səfir xatırladıb ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu həftə Azərbaycana səfəri zamanı bu məsələ də qaldırılıb: "Prezidentlər görüşün yekununda (yeni saziş üzrə - red.) danışıqlarda yaxşı irəliləyiş olduğunu qeyd ediblər və onların qısa zamanda yekunlaşdırılmasını dəstəklədiklərini açıqlayıblar".


"İşlər davam edir, qruplar işləyir və biz yaxın gələcəkdə nəticələr gözləyirik. Ancaq danışıqları nə vaxt tamamlayacağımızı dəqiq söyləmək çətindir", - Aİ səfiri jurnalistlərin yeni saziş üzrə danışıqların ilin sonuna qədər başa çatdırılıb-çatdırılmaması barədə sualını şərh edərkən bildirib.


Xatırladaq ki, Avropa Komissiyasının indiki heyəti işini payızda başa çatdıracaq (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND