• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

Azərbaycanda inflyasiya proqnozun aşağı həddinə yaxındır

15.03.2019 11:45
44
Azərbaycanda inflyasiya proqnozun aşağı həddinə yaxındır

Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib.


Mərkəzi Bankın İdarə Heyətinin mətbuat üçün açıqlamasında bildirilir ki, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşmüşdür.


Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənmişdir. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməmiş, 16%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.


Mərkəzi Bank bildirir ki, 2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olmuşdur ki, bu da hədəf diapozonunun (4±2%) aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.


İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmamışdır. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalmış, xidmət sektorunda isə artmışdır. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmamışdır.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND