Türkiyədə bələdiyyə seçkisidir

31.03.2019 09:00
246
Türkiyədə bələdiyyə seçkisidir



Bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.


Ekspress.az xəbər verir ki, ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə səsvermə keçiriləcək. Səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

57 milyon seçiçi 5 il boyunca fəaliyyət göstərəcək bələdiyyə üzvlərini seçəcək.


Türkiyə Ali Seçki Qurumunun məlumatına görə, bugünkü seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Büyük Birlik Partiyası, Cümhuriyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiyası, Xalqların Demokratik Partisiyası, İYİ Partiyas, Milliyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommünist Partiyası və Vətən Partiyası qatılacaq.