Yanvarda gömrük yığımları 46 faiz artıb

12.02.2019 11:11
115
Yanvarda gömrük yığımları 46 faiz artıb

2019-cu ilin yanvarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 329 milyon 646 min manata yaxın büdcə ödənişi təmin edilib. Ekspress.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında gömrük yığımları 103,6 milyon manat və ya 46 faiz artıb.


Gömrük ödənişlərinin 233 milyon 48 min manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmadır. ƏDV üzrə daxilolma ötən ilin yanvarında 157 milyon manat olmuşdu. Bu il ƏDV üzrə daxilolmalarda 76 milyon manat, yaxud 48,4 faiz artım baş verib.


Gömrük rüsumu üzrə daxilolma 76,48 milyon manat təşkil edib. 2018-ci ilin yanvarı ilə müqayisədə gömrük rüsumundan daxilolma 17 milyon manat və ya 28,5 faiz artıb.


Bu ilin yanvarında aksizlər üzrə büdcəyə 16,862 milyon manat yığım təmin edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən aksizlər üzrə yığımlarda 2,487 dəfə artım qeydə alınıb.


Yol vergisi üzrə toplanan vəsait isə 3,254 milyon manata yüksəlib. 2018-ci ilin yanvarına nisbətən yol vergisindən daxilolma 15,5 faiz artıb.


Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsinə əsasən Gömrük Komitəsinin xətti ilə daxilolma 3,451 milyard manat olmalıdır. Yanvarda toplanan vəsait illik proqnozun 9,56 faizini təşkil edir.


Bir qayda olaraq gömrük yığımları ilin ilk aylarında az olur, sonradan tədricən artır. Buna görə də qarşıdakı aylarda Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının yüksələcəyi yəqindir.


  • SON XƏBƏR
  • TREND