Rəqabət Məcəlləsi qəbul olunacaq

19.05.2019 17:07
62
Rəqabət Məcəlləsi qəbul olunacaq


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, 2016-cı ildə Strateji Yol Xəritəsində Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı məsələ öz əksini tapıb. Bu baxımdan, Məcəllənin tezliklə parlamentin plenar iclasına çıxarılaraq qəbulu nəzərdə tutulur.


V.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Rəcabət Məcəlləsi qəbul ediləndən sonra mövcud maneələr tamamilə aradan qaldırılacaq:


"Məcəllənin qəbul edilməsi bazarda azad rəqabəti stimullaşdıracaq, "kölgə iqtisadiyyatı"nın səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq və nəticədə dövlət büdcəsinə daha çox vergi yığılacaq".


Deputat bildirib ki, Rəqabət Məcəlləsi hazırlanarkən beynəlxalq maliyyə qurumlarının rəyləri nəzərə alınıb (vergiler.az). Onun sözlərinə görə, indiyədək Məcəllənin qəbulunun yubanmasının bir səbəbi də beynəlxalq maliyyə qurumlarının sənədlə tanışlıq prosesinin çox çəkməsi olub:


"Məcəllə beynəlxalq maliyyə qurumlarında müəyyən təftişdən keçdikdən sonra onun qəbulu bir qədər yubanıb. Lakin hazırda Məcəlləyə təklif olunan yeni müddəaların işlənməsi üzərində ciddi iş gedir və əminəm ki, bu vacib sənədin Milli Məclisin müzakirəsinə çıxarılması çox ləngiməyəcək. İnanıram ki, Rəqabət Məcəlləsi 2019-2020-ci illər ərzində qəbul olunacaq".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND