Azercell kimsəsiz uşaqların müayinədən keçməsinə kömək edib - FOTO

08.05.2019 18:32
123
Azercell kimsəsiz uşaqların müayinədən keçməsinə kömək edib - FOTO


Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası” Azercell-in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.


Klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb.



Ekspress.az