Qu­rul­tay­lar

di­as­por təş­ki­lat­la­rı­nın ko­or­di­na­si­ya­sı­nı güc­lən­di­rib

28.09.2018 19:28
541
Qu­rul­tay­lardi­as­por təş­ki­lat­la­rı­nın ko­or­di­na­si­ya­sı­nı güc­lən­di­rib

2016-cı il iyu­nun 3 və 4-ü ta­rix­lə­rin­də Ba­kı­da dün­ya azər­bay­can­lı­la­rı­nın say­ca dör­dün­cü qu­rul­ta­yı ke­çi­ril­di. Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV Qu­rul­ta­yın­da 49 öl­kə­dən 500-dən dən çox di­as­por nü­ma­yən­də­si və qo­naq iş­ti­rak edib. Qo­naq­la­rın içə­ri­sin­də xa­ri­ci öl­kə­lə­rin Azər­bay­ca­na dost mü­na­si­bə­ti­lə ta­nı­nan nü­fuz­lu si­ya­sət­çi­lə­ri, ic­ti­mai xa­dim­lə­ri, elm adam la­rı və bir ne­çə öl­kə­nin yük­sək və­zi­fə­li şəxs­lə­ri, par­la­ment üzv­lə­ri də olub (AZƏR­TAC). Xa­ric­dən də­vət edi­lən qo­naq­lar­la ya­na­şı, qu­rul­ta­yın işi­nə Azər­bay­ca­nın müx­tə­lif döv­lət və hö­ku­mət struk­tur­la­rı­nın, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın, elm, təh­sil, mə­də­niy­yət və di­gər ya­ra­dı­cı qu­rum­la­rın, si­ya­si par­ti­ya­la­rın təm­sil­çi­lə­rin­dən iba­rət 360 nə­fər­lik nü­ma­yən­də he­yə­ti də qa­tı­lıb.


Qu­rul­tay­da di­as­por rəh­bər­lə­ri müa­sir dövr­də in­for­ma­si­ya mü­ha­ri­bə­si, bu sa­hə­də ye­ni fəa­liy­yət me­xa­nizm­lə­ri­nin tət­bi­qi, Azər­bay­can di­as­por hə­rə­ka­tın­da gənc­lər­lə bağ­lı ye­ni stra­te­gi­ya­nın ha­zır­lan­ma­sı, ye­ni qlo­bal iq­ti­sa­di ten­den­si­ya­lar fo­nun­da lob­bi qu­ru­cu­lu­ğu, cə­miy­yə­tə in­teq­ra­si­ya, si­ya­si hə­yat­da iş­ti­rak və di­gər bu ki­mi əhə­miy­yət­li möv­zu­lar­da fi­kir mü­ba­di­lə­si apa­rıb­lar, rəy və tək­lif­lə­ri­ni səs­lən­di­rib­lər.


Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV Qu­rul­ta­yın­da Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı sa­hə­sin­də qar­şı­da du­ran və­zi­fə­lər, təb­li­ğat işin­də müa­sir me­tod­la­rın və in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi, soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı is­ti­qa­mə­tin­də möv­cud olan prob­lem­lər və on­la­rın həl­li yol­la­rı və s. prio­ri­tet mə­sə­lə­lər mü­za­ki­rə olu­nub.


Qu­rul­tay­da Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev ge­niş nitq söy­lə­yib. Döv­lə­ti­mi­zin baş­çı­sı qeyd edib ki, dün­ya azər­bay­can­lı­la­rı­nın ilk qu­rul­ya­tı­nın ke­çi­ril­di­yi 2001-ci il­dən ötən müd­dət­də xa­ri­ci öl­kə­lər­də ya­ra­dı­lan di­as­po­ra təş­ki­lat­la­rı­nın sa­yı 2 də­fə­dən çox ar­tıb: "Əgər o vaxt dün­ya­da 200-dən bir qə­dər çox di­as­por təş­ki­la­tı­mız var idi­sə, ha­zır­da on­la­rın sa­yı 462-dir. Azər­bay­can di­as­por təş­ki­lat­la­rı həm kə­miy­yət, həm key­fiy­yət ba­xı­mın­dan bö­yük yol keç­miş, güc­lən­miş, bu gün dün­ya miq­ya­sın­da azər­bay­can­lı­lar və on­la­rın təm­sil et­dik­lə­ri təş­ki­lat­lar önəm­li rol oy­na­yır­lar".

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la bağ­lı is­tə­yi­ni di­lə gə­ti­rən Pre­zi­dent İl­ham Əli­yev qeyd edib ki, azər­bay­can­lı­lar ana və­tən­lə­ri ilə tə­mas­la­rı­nı, əla­qə­lə­ri­ni zə­if­lət­mə­mə­li­dir: "Di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti da­im diq­qət mər­kə­zin­də­dir. Bu gün mən di­as­por təş­ki­lat­la­rı­nın gə­lə­cək fəa­liy­yə­ti ilə bağ­lı bə­zi fi­kir­lə­ri­mi bil­dir­mək is­tə­yi­rəm. İlk növ­bə­də əl­bət­tə, biz is­tə­yi­rik ki, dün­ya­da ya­şa­yan azər­bay­can­lı­lar öz ta­ri­xi Və­tən­lə­ri ilə əla­qə­lə­ri heç vaxt kəs­mə­sin­lər. Da­im əla­qə­də ol­sun­lar, Azər­bay­can ilə bağ­lı ol­sun­lar. Be­lə­lik­lə, on­lar öz­lə­ri­ni da­ha da ra­hat hiss edə­cək­lər. Be­lə olan hal­da Azər­bay­can döv­lə­ti on­la­ra da­ha da bö­yük dəs­tək ve­rə bi­lə­cək.

Ha­zır­da xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın sa­yı mil­yon­lar­la öl­çü­lür. Əl­bət­tə ki, on­lar ya­şa­dıq­la­rı öl­kə­lə­rin və­tən­daş­la­rı­dır­lar. Mən çox is­tə­yi­rəm ki, on­lar ya­şa­dıq­la­rı öl­kə­lər­də da­ha da bö­yük möv­qe­lə­rə na­il ola bil­sin­lər. Ya­şa­dıq­la­rı öl­kə­lə­rin ic­ti­mai, si­ya­si, iq­ti­sa­di hə­ya­tın­da da­ha da fə­al rol oy­na­sın­lar.

Ye­ti­şən gənc nə­sil də Azər­bay­can ilə bağ­lı ol­ma­lı­dır. İlk növ­bə­də, Azər­bay­can di­li­ni bil­mə­li­dir­lər. Mən şa­dam ki, ha­zır­da müx­tə­lif öl­kə­lər­də 160-dan çox həf­tə­so­nu mək­tə­bi fəa­liy­yət gös­tə­rir. Yə­qin ki, biz bu mək­təb­lə­rin sa­yı­nı ar­tır­ma­lı­yıq və Azər­bay­can döv­lə­ti bu is­ti­qa­mət­də öz səy­lə­ri­ni da­vam et­di­rə­cək".


Cə­nab Pre­zi­dent xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar, on­la­rın tə­sis et­di­yi təş­ki­lat­lar ara­sın­da sıx əla­qə­lə­rin ol­ma­sı­nın va­cib ol­du­ğu­nu da bil­di­rib: "Qeyd et­di­yim ki­mi, xa­ric­də bi­zim 462 di­as­por təş­ki­la­tı­mız var. Bu, öz­lü­yün­də onu gös­tə­rir ki, azər­bay­can­lı­la­rın ya­şa­dıq­la­rı hər bir öl­kə­də bir ne­çə di­as­por təş­ki­la­tı var. Əl­bət­tə, bu təş­ki­lat­lar ara­sın­da ko­or­di­na­si­ya işi apa­rıl­ma­lı­dır, bir­lik, həm­rəy­lik ol­ma­lı­dır. Bə­zi hal­lar­da bi­zim di­as­por təş­ki­lat­la­rı­mız bir-bi­ri ilə rə­qa­bət apa­rır­lar. Əgər bu, sağ­lam rə­qa­bət­dir­sə, mən bu­nu an­caq al­qış­la­ya bi­lə­rəm. Bu rə­qa­bət ümu­mi işi­mi­zə xid­mət et­mə­li­dir. Biz öl­kə da­xi­lin­də də, xa­ric­də də bir­lik nü­ma­yiş et­dir­mə­li­yik və bi­zim gü­cü­müz bir­li­yi­miz­də­dir. Bu gün Azər­bay­can­da və­tən­daş cə­miy­yə­ti bir­lik nü­ma­yiş et­di­rir. Biz va­hid amal uğ­run­da ça­lı­şı­rıq. Öl­kə­mi­zin gə­lə­cə­yi ilə, stra­te­ci is­ti­qa­mət­lə bağ­lı cə­miy­yə­ti­miz­də fi­kir ay­rı­lı­ğı yox­dur. Döv­lət müs­tə­qil­li­yi, iq­ti­sa­di müs­tə­qil­lik, so­si­al mə­sə­lə­lə­rin həl­li, əra­zi bü­töv­lü­yü­mü­zün bər­pa­sı, di­gər mə­sə­lə­lər ət­ra­fın­da cə­miy­yət­də va­hid fi­kir var, kon­sen­sus var.

Əl­bət­tə, mən çox is­tə­yi­rəm ki, xa­ric­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı da bir nöq­tə­yə vur­sun­lar, bir­ləş­sin­lər. Be­lə olan hal­da on­la­rın gü­cü də, ic­ti­ma­iy­yət tə­rə­fin­dən on­la­ra qar­şı hör­mət də ar­ta­caq. Əgər xa­ri­ci öl­kə­lə­rin ic­ti­ma­iy­yə­ti gör­sə ki, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı bir-bi­ri ilə yo­la get­mir­lər, bir-bi­ri­nin əley­hi­nə fəa­liy­yət gös­tə­rir­lər, əl­bət­tə, bu, yax­şı hal ol­ma­ya­caq. Be­lə hal­lar var, on­lar çox de­yil. An­caq mən is­tər­dim ki, bu gün bu kür­sü­dən bu möv­zu­ya to­xu­num və qeyd edim ki, bir­lik əsas mə­sə­lə­dir. Xü­su­si­lə nə­zə­rə al­saq ki, bü­tün azər­bay­can­lı­lar, on­la­rın bö­yük ək­sə­riy­yə­ti və­tən­pər­vər­dir­lər, Və­tə­nə bağ­lı­dır­lar. On­lar is­tə­yir­lər ki, Azər­bay­can döv­lə­ti da­ha da güc­lən­sin, da­ha da qüd­rət­li döv­lə­tə çev­ril­sin".


Qu­rul­ta­yın so­nun­da qə­bul edi­lən Qət­na­mə­də Azər­bay­can Pre­zi­den­ti­nin töv­si­yə­lə­ri nə­zə­rə alı­nıb. Qət­na­mə­də Dün­ya Azər­bay­can­lı­la­rı­nı Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın İc­ra­çı Ka­tib­li­yi­nə töv­si­yə olu­nur ki, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Qu­rul­tay­da­kı nit­qin­də ək­si­ni ta­pan töv­si­yə­lə­rə uy­ğun ola­raq, xa­ri­ci öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə əla­qə­lə­rin qu­rul­sun, Azər­bay­can haq­qın­da ob­yek­tiv ma­te­ri­al­la­rın ya­yıl­ma­sı, ha­be­lə xa­ri­ci KİV nü­ma­yən­də­lə­ri­nin Azər­bay­ca­na sə­fər­lə­ri­nin təş­ki­li məq­sə­di­nə xid­mət edən xü­su­si fəa­liy­yət pla­nı ha­zır­la­sın və onun hə­ya­ta ke­çi­ril­mə­si is­ti­qa­mə­tin­də təd­bir­lər gö­rül­sün.

Töv­si­yə edi­lir ki, Azər­bay­ca­nın mü­va­fiq döv­lət or­qan­la­rı ilə məs­lə­hət­ləş­mə­lər əsa­sın­da Er­mə­nis­tan Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ta­ri­xi, nə­ti­cə­lə­ri və ni­zam­lan­ma pro­se­si ilə bağ­lı bü­tün mə­lu­mat­la­rın, sə­nəd­lə­rin, elekt­ron in­for­ma­si­ya eh­ti­yat­la­rı­nın, el­mi araş­dır­ma­la­rın, təd­qi­qat­la­rın, nəşr­lə­rin və film­lə­rin top­lan­dı­ğı, həm­çi­nin be­lə məh­sul­la­rı is­teh­sal edən, ay­rı­ca büd­cə ilə tə­min olu­nan xü­su­si mər­kəz və ya fon­dun ya­ra­dıl­ma­sı­nı tə­min et­sin.


Müa­sir dövr­də vir­tu­al in­for­ma­si­ya mə­ka­nın­da da­ha çe­vik və məq­səd­yön­lü fəa­liy­yə­tin əhə­miy­yə­ti bö­yük­dür. Bu­nu nə­zə­rə ala­raq Qət­na­mə­də Şu­ra­ya töv­si­yə olu­nur ki, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı gənc­lə­rin bu sa­hə­də­ki po­ten­sia­lın­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə in­ter­net me­dia və so­si­al şə­bə­kə­lər­də apa­rı­lan işin va­hid mər­kəz­dən ko­or­di­na­si­ya­sı­nı tə­min edən koa­li­si­ya­nın ya­ra­dıl­ma­sı üçün la­zı­mi təd­bir­lər gör­sün.

Dün­ya­da və re­gi­on­da baş ve­rən pro­ses­lər, di­as­por hə­rə­ka­tı və lob­bi qu­ru­cu­lu­ğu ye­ni ic­ti­mai-si­ya­si məz­mun kəsb edir, xa­ric­də ya­şa­yan ic­ma­la­rın təm­sil et­dik­lə­ri öl­kə­lə­rin da­xi­li hə­ya­tı­na və xa­ri­ci si­ya­sə­ti­nə tə­sir im­kan­la­rı­nın ar­tır. Bu­nun nə­zə­rə ala­raq, Qət­na­mə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın re­gio­nal ko­or­di­na­si­ya mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər hə­ya­ta ke­çi­ril­mə­si məs­lə­hət gö­rü­lüb.


Qu­rul­tay­da səs­lə­nən töv­si­yə­lə­ri nə­zə­rə ala­raq, 2016-cı il ər­zin­də Dün­ya Azər­bay­can­lı İş Adam­la­rı Bir­li­yi­nin tə­sis top­lan­tı­sı ke­çi­ri­lib, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan, Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı ol­ma­yan soy­daş­la­rı­mı­zın gə­li­şi və ge­di­şi, mü­vəq­qə­ti və ya dai­mi ya­şa­yış hü­qu­qu al­ma­sı, Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­lı­ğı­nın ve­ril­mə­si və ya bər­pa­sı ilə bağ­lı hü­qu­qi pro­se­dur­la­rın sa­də­ləş­di­ril­mə­si üçün ai­diy­yə­ti döv­lət or­qan­la­rı qar­şı­sın­da mə­sə­lə qal­dı­rı­lıb.


Qət­na­mə­də di­as­por təş­ki­lat­la­rı­na da töv­si­lər var. Di­as­por təş­ki­lat­la­rı­na töv­si­yə olu­nur ki, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı məq­sə­di­lə in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın və vir­tu­al mə­ka­nın im­kan­la­rın­dan da­ha ge­niş is­ti­fa­də olun­ma­sı­nın zə­ru­ri­li­yi­ni nə­zə­rə ala­raq, müa­sir in­for­ma­si­ya por­tal­la­rı­nın və vir­tu­al kom­mu­ni­ka­si­ya la­yi­hə­lə­ri­nin ha­zır­lan­ma­sı­nı, bu sa­hə­də fəa­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si­ni tə­min et­sin­lər.

Azər­bay­can­lı­la­rın ic­ti­mai-si­ya­si hə­yat­da da­ha fə­al iş­ti­ra­kı­nın tə­min olun­ma­sı, si­ya­si təş­ki­lat­lar­da, döv­lət və hö­ku­mət struk­tur­la­rın­da təm­sil­çi­lik im­kan­la­rı­nın ge­niş­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də fəa­liy­yət­lə­ri­ni güc­lən­dir­sin­lər.


Qət­na­mə­də ötən müd­dət ər­zin­də "Xo­ca­lı­ya əda­lət" bey­nəl­xalq kam­pa­ni­ya­sı çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ril­miş ge­niş­miq­yas­lı təd­bir­lə­rin əhə­miy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rə­rək və 2017-ci il­də Xo­ca­lı soy­qı­rı­mı­nın 25-ci il­dö­nü­mü­nün qeyd olu­na­ca­ğı­nı nə­zə­rə ala­raq, bu kam­pa­ni­ya­nın da­vam et­di­ril­mə­si və ge­niş­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də səy­lə­ri­nin ar­tı­rıl­ma­sı məs­lə­hət bi­li­nib.

Qu­rul­tay xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı iş adam­la­rı­nı Və­tə­ni­mi­zin ma­raq­la­rı­nın qo­run­ma­sı, soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si, ta­ri­xi­mi­zin və mə­də­ni ir­si­mi­zin təb­li­ği, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı sa­hə­sin­də da­ha fə­al ol­ma­ğa, bu məq­səd­lə irə­li sü­rü­lən tə­şəb­büs və la­yi­hə­lə­ri dəs­tək­lə­mə­yə ça­ğı­rır.


Qu­rul­tay Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin II fo­ru­mu­nun 2016-cı il­də Tür­ki­yə Res­pub­li­ka­sın­da ke­çi­ril­mə­si ba­rə­də qə­ra­rı al­qış­la­yır, türk xalq­la­rı ara­sın­da bir­lik və həm­rəy­li­yin da­ha da möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan onun əhə­miy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rir.

Dün­ya Azər­bay­can­lı­la­rı­nın IV Qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı Al­ma­ni­ya Fe­de­ra­tiv Res­pub­li­ka­sı Bun­des­ta­qı­nın 1915-ci il ha­di­sə­lə­ri­ni hər han­sı bir əsa­sı ol­ma­dan "er­mə­ni soy­qı­rı­mı" ki­mi qiy­mət­lən­di­rən qə­ra­rın­dan də­rin na­ra­hat­lı­ğı­nı bil­di­rir və bey­nəl­xalq alə­mi, dün­ya bir­li­yi­ni ta­rix­də heç za­man baş ver­mə­miş bu cür uy­dur­ma və ya­lan­çı "soy­qı­rı­mı"la­rın­dan si­ya­si məq­səd­lər üçün is­ti­fa­də et­mək­dən çə­kin­mə­yə ça­ğı­rır.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND