Tanınmış jurnalist vəfat etdi

14.10.2019 11:12
365
Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist, "Strateq.az" saytının əməkdaşı Fərzuq Seyidbəyli vəfat edib.


Ekspress.az -ın xəbərinə görə, 61 yaşlı F.Seyidbəyli bu gün axşam saatlarında dünyasını dəyişib.


Qeyd edək ki, F.Seyidbəyli 8 avqust 1958-ci ildə Naxçıvan MR Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarından və Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından olub. Turan İnformasiya Agentliyinin və ANS telekanalının Naxçıvan üzrə bölgə müxbiri olub. Eyni zamanda peşəkar tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Son illər şəkər xəstəliyindən əziyyət çəkirdi, hər iki ayağı amputasiya olunmuşdu. (apa)


Ekspress.az