"Bizi Ukrayna bazarından sıxışdırıb çıxarırlar " - Lukaşenko

19.01.2019 02:29
373
"Bizi Ukrayna bazarından sıxışdırıb çıxarırlar " - Lukaşenko

"Ukrayna öz tanklarına Belarus yanacağını tökmək istəmir. Onlar Rusiya yanacağına üstünlük verirlər".


Ekspress.az "BelTA"ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.


“Son zamanlar bizə irad tuturlar ki, Ukrayna tanklarına dizel yanacağı veririk. Orada hansı yanacağın olduğunu araşdırmağı tapşırdım. Mənə məruzə etdilər ki, orada bütövlükdə Rusiya istehsalı olan yanacaqdır”, - deyən Lukaşenko qeyd edib ki, Belarusdan Ukrayna bazarına ixrac xeyli azalıb: “Bizi sadəcə Ukrayna bazarından sıxışdırıb çıxarırlar və söhbət təkcə neft məhsullarından getmir. Rəqabət gedir”.

Açar sözlər: