"O insan məni ana edib, son nəfəsimə qədər..." - Könül Xasıyevadan etiraf

03.10.2019 16:30
52
"O insan məni ana edib, son nəfəsimə qədər..." - Könül Xasıyevadan etiraf

Azərbaycanın xalq artisti, xanəndə Könül Xasıyeva efirdə etiraf edib.


Ekspress.az xəbər verir ki, bununla bağlı müğənni ATV televiziyasından yayımlanan "Şou Atv" proqramında qonaq olarkən bildirib: "Kaş heç vaxt tanımasaydım dediyim insanlar var.Hər birimizin qəlbində yaratdığımız ideal bir sevgi var. Arzuladığım sevgi möhtəşəm bir sevgidir. Mən onu yaşamaq istədim. İçimdə yaşatdığım o sevginin qarşılığını bu 52 illik ömrümdə ala bilməmişəm".


Sözügedən proqramda, mügənni oğlunun atasına olan sevgisini də gizlətməyib:" O insan məni ana edib. O insana qəlbimdə hər zaman sevgi var. Son nəfəsimə qədər o insan mənim üçün dəyərli olaraq qalacaq". (sonxeber)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND