Paşinyan Əliyevin bu sözünü təsdiq etdi – Politoloq


05.08.2019 15:17
155
Paşinyan Əliyevin bu sözünü təsdiq etdi – Politoloq

Paşinyan “dövlət sirləri”ni açaraq, özünü sığortalamaq istəyir.


Ekspress.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanda heç bir dövlət strukturu funksional (işlək) deyil:


“Nikol erməni xalqına demək istəyir ki, yaxın vaxtlarda ölkədə dövlət idarəçiliyində effektivlik gözləməyə dəyməz. Bu, özünü sığortalamaq deməkdir. Paşinyan bilməlidir ki, Ermənistanda sosial-iqtisadi durumun dəyişməsi üçün mütləq Qarabağ münaqişəsini həll etmək lazımdır.

Nikol Prezident İlham Əliyevin müntəzəm olaraq Ermənistanla bağlı dediyi fikirləri təsdiq etdi. Ümumiyyətlə, Paşinyan bilməlidir ki, onun siyasi karyerası münaqişəni həll etməkdən və Bakı ilə anlaşmaqdan asılıdır”.


Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Serj Sərkisyan dönəminə aid olan məxfi sənədi oxuduğunu və ölkənin iflic vəziyyətində olduğunu öyrəndiyini bildirmişdi. (axar)


Ekspress.az

Açar sözlər: