Azyaşlını vurub qaçan “KAMAZ” sürücüsü saxlanıldı

26.06.2019 13:31
101
Azyaşlını vurub qaçan “KAMAZ” sürücüsü saxlanıldı

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.


Ekspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KAMAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib (qafqazinfo).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND