Niyə axı, o?!

Hadı Rəcəbli yenə tənqidlərə tuş gəlib. Kimsə onun adından bir fikir irəli sürüb, sosial şəbəkə istifadəçiləri də bir himə bəndiymişlər kimi, ağsaqqal deputatı söymək kampaniyasına girişiblər. Deputatsa onun adından deyilənləri yenə də təkzib edir...
Uzun müzakirələrdən sonra Milli Məclis gələn ilin büdcəsini təsdiqlədi. 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq edildi. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 milyon manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri isə 8 3451,4 min manat məbləğində təsdiqləndi. Bundan başqa, 2019-cu il üçün yaşayış minimumu 180 manat, ehtiyac meyarının həddi isə 143 manat məbləğində müəyyən edildi.
MM-in 2019-cu il üçün xərclər smetası isə 37,17 milyon manat təsdiq edildi.
Deputatlar "2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsini qəbul etdilər. 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. 2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat olub.
MM-də Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da qəbul edildi. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən olunub. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.
Ehtiyac meyarı demiş, bir-iki gündür sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr açılıb. Daha doğrusu, hamı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyməklə məşğuldur. Söyüşün birini bir qəpikdən yağdıranlar iddia edirlər ki, bəs Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və guya deyib ki, "143 manata bir ay normal yaşamaq olar".
Bu söz hardan çıxdı? Kim dedi? Nə vaxt söyləndi? Kimsə bir "utka" buraxaraq, bunu Hadı Rəcəblinin söylədiyini deyib. Və sosial şəbəkə istifadəçiləri də bunun doğru, yaxud yalan olduğunu araşdırmadan deputat ağ yuyub qara səriblər.
Hadı Rəcəblisə bu ittihamları yaxına buraxmaq istəmir. Deputat bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb. Adam parlamentin iclasında söylədiyi fikirləri sözbəsöz xatırlayır: "Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur. Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir".
O, sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.
Çox maraqlıdır, niyə belə məlumatlar ancaq Hadı Rəcəblinin adından yayımlanır? Düşündürücü sualdır...
-
-
15.02 14:05
Prezidentin son 20 gündə imzaladığı 9 vacib sənəd
-
14.02 17:33
Valentin günündə Adel sindromu yaşayan kişilər
-
13.02 16:15
Siqara siqaret demərəm, mən Dədə Qorqud...
-
13.02 14:51
Prezident yeni islahatlar paketinin icrasına başladığını anons etdi
-
11.02 18:39
Putinin "4-cü respublikası": Reallıq, yoxsa mif?
-
11.02 17:21
Emosional aksiyalar istəyi və reallıq
-
09.02 22:01
Əhalinin sosial müdafiəsinin güclənməsi ilə bağlı mühüm sərəncam
-
07.02 18:28
Bəsit bir qurğunun əsarətində itirilənlər
-
07.02 15:55
Prezident sözünün ağası olduğunu isbat edə bilir
-
05.02 23:56
Məzlum Məsum
-
30.01 17:31
Dövlət proqramları Azərbaycana nə verib, nə verir?
-
30.01 15:28
Dalanda qalan ermənilər, həm də dalda qalıblar
-
29.01 13:54
Manatın məzənnəsi barədə
-
28.01 23:37
Prezident narazı salınmış şəhid ailələrinə sahib çıxdı
-
28.01 19:04
Vaqif Səmədoğlunun ölüm monoloqunda eşq simfoniyası
-
28.01 18:17
Bizi bağışlama, ya Rəsulzadə!
-
26.01 18:40
Struktur islahatları kütləvi işsizlik yarada bilərmi?
-
08.01 18:27
Namizədlərim
-
28.12 20:03
Sarı Donuz gəlir
-
27.12 21:33
2018-dən yadda qalanlar...
-