ABŞ Dövlət katibi: İŞİD 99 faiz darmadağın edilib

08.01.2019 14:07
45
ABŞ Dövlət katibi: İŞİD 99 faiz darmadağın edilib

ABŞ Suriyada İŞİD terror təşkilatını 99 faiz imkanlarından məhrum edib.


Ekspress.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo Amerika qoşunlarının Suriyadan çıxarılması barədə suala cavab verərkən deyib.


Onun sözlərinə görə, vacib amil odur ki, xilafətin 99 faizi darmadağın edilib.


Ötən ilin sonunda ABŞ Prezidenti Donald Tramp Suriyada İŞİD-in məğlub edildiyini və Amerika qoşunlarının ölkədən çıxarılacağını elan etmişdi.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND