İranda qatar qəzası: 12 yük vaqonu relsdən çıxdı

20.01.2019 13:18
177
İranda qatar qəzası: 12 yük vaqonu relsdən çıxdı

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu relsdən çıxıb.


Ekspress.az "milli.az"a istinadla xəbər verir ki, hadisə bu gün baş verib.

Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.


Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.


Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi hələ məlum deyil.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND