Yaponiyada dünyanın ən qoca cütlüyündən biri vəfat edib - FOTO

19.05.2019 12:47
81
Yaponiyada dünyanın ən qoca cütlüyündən biri vəfat edib - FOTO

Yaponiya sakini, dünyanın ən uzunömürlü cütlüklərindən biri Masao Maçumomto 108 yaşında vəfat edib.


Bu barədə "Kyodo" agentliyi xəbər verir.


Bildirilir ki, o, Kaqava prefekturasının Takamaçu şəhərində, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, Masao ölümünə qədər həyat yoldaşı Miyako ilə birlikdə 81 il 201 gün ailə həyatısürüblər.


Onlar hər ikisi cənub-qərbi Oita prefekturasında doğulublar. Nikah müddətində cütlüyün 5 qızı dünyaya gəlib (report). Masao və Miyakonun həmçinin 13 nəvəsi, 25 nəticəsi var.


Onlar ən uzunömürlü ailə kimi 2018-ci ildə Ginnesin "Rekordlar" kitabına düşüblər. Cütlük bu göstəricilərlə əvvəllər dünya rekorduna imza atmış norveçli Karl və Qurdren Dolven cütlüyünü 57 gün qabaqlayıblar. 



Ekspress.az

  • SON XƏBƏR
  • TREND