ABŞ-ın ən varlı ailələri: “Bizə qoyulan vergiləri artırın”

25.06.2019 21:50
75
ABŞ-ın ən varlı ailələri: “Bizə qoyulan vergiləri artırın”


Xarici agentliklərə isitnadən xəbər verir ki, belə bir çağırışla ABŞ-ın 20-ə yaxın ən varlı ailəsi bütün prezidentliyə namizədlərə müraciət edib.


FED.az xəbər verir ki, onlar Ağ Evin sahibi olmaq istəyən siyasətçilərdən iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün zənginlərə ən yüksək vergilərin tətbiq olunmasını istəyiblər.


“Birləşmiş Ştatlar üzərində bizim sərvətlərimizə vergi qoyulması kimi mənəvi, əxlaqi və iqtisadi məsualiyyət daşıyır”,-deyə içlərində Corc Soros, “Facebook”un həmtəsisçisi Kriz Hyuz, Uolt Disney ailəsi və Hyatt otellərinin sahibləri kimi tanınmış simaların olduğu müraciətə imza atanların bəyanatında deyilir.


“Zənginliyə vergi qoyulması iqlim böhranını aradan qaldırmağa, iqtisadiyyatı gücləndirməyə, səhiyyə göstəricilərini yaxşılaşdırmağa, yeni imkanlar açmağa, habelə demokratik azadlıqları möhkəmləndirməyə kömək göstərəcək. Vergilərin artırılması respublikamızın da maraqlarına uyğundur”,-deyə sənəddə qeyd olunur.

Bəyanatda milyarder Uorren Baffetin “öz katibindən daha az vergi ödədəyi” barədə sözləri xatırladılıb.


Onlar şəxsi sayısı 75 mindən çox olan və sərvəti 70 milyon dolları ötənlərə vergilərin artırılmasını təklif edən demokrat senator və prezidentliyə namizəd Elizabet Uorrenin təşəbbüsünü alqışladıqlarını bildiriblər (moneta.az).


Bəhs olunan bəyanat 11 ailəni təmsil edən 18 nümayəndə və adının gilzi qalmasını istəyən bir şəxs tərəfindən imzalanıb.


İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının məlumatlarına əsasən, 40 ölkə arasında ABŞ şəxsi sərvətin toplanması planında 6-cı sırada gəlir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND