AzTV-də kadr dəyişiklikləri olub - YENİ TƏYİNATLAR

01.06.2019 17:37
427
AzTV-də kadr dəyişiklikləri olub - YENİ TƏYİNATLAR

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr dəyişiklikləri olub. 


Televizyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib.


Ona televiziyanın İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinin icrası tapşırılıb.


Uzun illərdir İctimai-siyasi proqramlar redaksiyasında çalışan Səxaddin Hüseynov isə adı çəkilən redaksiyanın baş redaktoru təyin olunub.


Bundan başqa, QSC sədrinin köməkçisi Elşən Həsənov müqavilə müddəti başa çatdığı üçün öz istəyi ilə işdən ayrılıb.


Ekspress.az xəbər verir ki, QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı "Report"a təsdiqləyib.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub. Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiayalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb. Bundan başqa, televiziya filmləri və tamaşalarının çəkilişinə başlanılıb.


Ekspress.az