"Facebook"da da "Hamı üçün silmək" funksiyası işə düşəcək

05.02.2019 22:33
192
"Facebook"da da "Hamı üçün silmək" funksiyası işə düşəcək

"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.


Ekspress.az-ın məlumatına görə, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

 

Qeyd olunur ki, bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdilən mesajları asanlıqla silməyi mümkün edən funksiya işə salınacaq: “Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır (modern). Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq. Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq”.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND