• 15 °C Bakı
  • 12 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 12 °C Naxçıvan

İlham Əliyev: "İslahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcək"

20.03.2019 10:49
70
İlham Əliyev: "İslahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcək"

"Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram".


Ekspress.az -ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.


"Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir", - dövlət başçısı vurğulayıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND