Prezident bu şəxsə "Əməkdar hüquqşünas" fəxri adı verdi

29.01.2019 18:54
302
Prezident bu şəxsə "Əməkdar hüquqşünas" fəxri adı verdi

Prezident İlham Əliyev S.Ə.Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında

Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, Sərəncamda deyilir:

"Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarova “Əməkdar hüquqşünas” fəxri adı verilsin".


Qeyd edək ki, Ə.Muxtarov 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində müəllim ailəsində anadan olub.


İlk əmək fəaliyyətinə 1976-cı ildə Bakı Şin Zavodunda başlayıb.


1977-ci ilin noyabr ayından 1979-ci ilin noyabr ayınadək ordu sıralarında xidmət edib.


Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ilin yanvar ayınadək həmin zavodda əmək fəaliyyətini davam etdirib.


1990-cı ilin yanvar ayından 1992-cı ilin iyul ayınadək bir sıra idarə və təşkilatlarda hüquqşünas vəzifəsində işləyib.


1980-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1986-cı ildə qeyd olunan təhsil müəssisəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib.


1992-cı ilin iyul ayından Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi vəzifəsində işləyir.


Ailəlidir, 2 övladı var.

Açar sözlər: