Qazaxıstanda prezident səlahiyyətlərini icra edəcək şəxs martın 20-də and içəcək

19.03.2019 19:08
110
Qazaxıstanda prezident səlahiyyətlərini icra edəcək şəxs martın 20-də and içəcək

Qazaxıstan Prezidenti səlahiyyətlərini icra edəcək Parlament Senatının sədri Kasım-Jomart Tokayev sabah - martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.


Bu barədə dövlət başçısı Nursultan Nazarbayevin xalqa müraciəti zamanı imzaladığı fərmanda bildirilir (report).


Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND