H.Marko: “F1 qadınların işi deyil”


26.04.2019 09:12
190
H.Marko: “F1 qadınların işi deyil”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Formula1 qadınların yeri deyil.


Ekspress.az F-1 -in saytına istinadən xəbər verir ki, gələn aydan etibarən qadınlarçün xüsusi yarış seriyası olan W Series başlayacaq. Əksəriyyət burada özünü yaxşı tərəfdən göstərən sürücülərin F1-də çıxışını gözləsə də, təcrübəli Marko bununla razılaşmır: “Burada sürücülərə fiziki qüvvət çox düşür və bu da qadınlarçün yorucu ola bilər. 300 km/saat sürətdə təkər-təkərə mübarizə aparmaq vəhşilikdir. Qadınların genində isə bunun olub-olmadığını bilmirəm. Artıq abs əyləclər var. Amma yenə də güc lazımdır. Kokpitdə temperatur 40-50 dərəcə olur. Ətrafınızda isti naqillər olur. Sinqapurda ən güclü sürücülərin ürəyinin getdiyini gördük. Belə fiziki çətinliklər qadın sürücülər üçün pisdir. Formula1-də həmişə formada olmalısınız”.


Ekspress.az

Açar sözlər: