Hacıqabulda bu günədək 3 tondan çox barama tədarük edilib

05.07.2019 12:16
41
Hacıqabulda bu günədək 3 tondan çox barama tədarük edilib

Bu il Hacıqabulda 4 ton 800 kiloqram barama istehsalı nəzərdə tutulur. Bu məqsədlə müqavilə bağlanılmış 59 baramaçıya 120 qutu baramaqurdu toxumu paylanılıb.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il Hacıqabulda 33 ailə ipəkqurdu bəsləmişdirsə, bu mövsüm onların sayı 59-a çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il rayonda 1924 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 5 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün bütün zəruri şərait yaradılıb. Artıq bu günə kimi tədarük məntəqəsinə 3 ton 76 kiloqram barama təhvil verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 350 kiloqram çoxdur. Barama tədarükündə rayonun Abdulabad, Ələtli və Meyniman kəndlərinin kümçüləri fərqlənirlər.

Rayonda barama tədarükü davam edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND