SIğorta şirkətləri 664 milyon manat toplayıb

20.12.2018 12:43
399
SIğorta şirkətləri 664 milyon manat toplayıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663,9 milyon manat məbləğində sığorta haqları toplanıb, 224.1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.


Ekspress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 485,3 milyon manat, ödənişlər isə 162,4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 178,6 milyon manat, ödənişlər 61,7 milyon manat olub.


2018-ci ilin yanvar-noyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73,1%-i könüllü, 26,9%-i icbari sığorta növlərinin 

payına düşüb.


Sığorta ödənişlərinin 72,5%-i könüllü, 27,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.


Açar sözlər: