Uşaqlar məktəbə üç yaşından gedəcək

30.08.2019 14:33
43
Uşaqlar məktəbə üç yaşından gedəcək

Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq.


Ekspress.az xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir.


Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi. (unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND