Çay içə-içə arıqlama

28.11.2018 15:04
464
Çay içə-içə arıqlama

Son zamanlar artıq çəki aktual problemə çevrilib. Həm sağlamlıq, həm də estetik görünüş üçün arıqlamağa can atanların sayı artır. Arıqlama vasitələrindən biri də təbii bitki tərkibli çaylardır. Belə çaylar arıqlamağa kömək etməklə yanaşı sağlamlığımıza müsbət təsir göstərir.


Arıqlama çayının hazırlanma qaydası.

- 2 x.q. qurudulmuş itburnu

- 1 limonun sedrası (sarı qabığı)

- 1 x.q. quru nanə

- 1 çimdik üyüdülmüş darçın

- 1 çimdik üyüdülmüş zəncəfil


İtburnu meyvələri əzilir, limon sedrası sürtgəcin köməyi ilə soyulur. Bütün inqrediyentlər termosa tökülür, üzərinə 1 l isti su (qaynar yox!) əlavə olunur, 3-4 saat dəmlənilir, tənzifdən bir neçə dəfə süzülür, gün ərzində adi çay kimi içilir.


Hər gün yeni dəmləmə hazırlayın. Müalicə kursu -

7-10 gün.


Toxluq hissi yaradan bitki çayının hazırlanması:

4-5 dənə gülxətmi, 3 dənə ardıc toxumu, 1 ç.q. mate yarpağı, 3 x.q. əmənkömənçi (qurudulmuş), 2 x.q. quşburnu, 1 ədəd - zəncəfil, darçın qabığı, 1 x.q. melisa, 2 x.q. sinameki, 2 x.q boymadərən (civanperçemi), 2 ç.q acıtərə toxumu, 3 x.q çökə, 3 x.q alma qurusu.

Bunların hamısını blendrdən keçirmək lazımdır. Alınan toz qarışığından hər səhər 2 xörək qaşığı 2 stəkan qaynanmış suyun içərisinə əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra ac qarına için.