Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb


27.06.2019 10:27
56
Magistraturaya qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. 


Dövlət İmtahan Mərkəzindən Ekspress.az -a verilən məlumata görə, magistraturaya qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həfətnin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq.  

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.


Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND