Ölkəmizin ixracında təbii qazın payı 9,5 faizə yüksəlib

18.04.2019 13:38
59
Ölkəmizin ixracında təbii qazın payı 9,5 faizə yüksəlib

Yanvar-mart aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 78,81 faizini, təbii qaz 9,49 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,25 faizini təşkil edib.


Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.


Ötən ilin birinci rübündə xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,06 faiz, təbii qazın 5,02 faiz, neft məhsullarının payı 4,05 faiz olmuşdu (Azərtac).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND