ABŞ-ın Müdafiə Nazirliyinin büdcəsi artırıla bilər


09.03.2019 12:40
223
ABŞ-ın Müdafiə Nazirliyinin büdcəsi artırıla bilər

Prezident Donald Tramp 2020-ci ilə Pentaqonun büdcəsini 750 milyard dollar, yəni cari ildəkindən 4,7 faiz artırılması üçün ABŞ Konqresinə müraciət edəcək.


Ekspress.az xəbər verir ki, həmin vəsaitin 718 milyard dolları bilavasitə Pentaqonun ehtiyaclarına, qalan hissəsi isə nüvə silahlarının hazır vəziyyətdə saxlanmasında iştirak edən Energetika Nazirliyi ilə birgə xərclənəcək.


Ötən ilin dekabr ayında müdafiə naziri Ceyms Mattis tərəfindən tərtib olunan sorğu gələn həftə ABŞ Konqresinə təqdim olunacaq. Hərçənd demokratların nəzarətində olan Konqresdə həmin layihənin qəbul edilməməsi ehtimalının yüksək olduğu bildirilir.

Məlumata görə, sözügedən vəsaitin 165 milyard dolları xarici ölkələrdə keçirilən hərbi fəaliyyətlərə sərf olunacaq. Belə ki, hazırda ABŞ qoşunları Əfqanıstan, İraq və Suriyada fəaliyyət göstərir.


Ekspress.az