Bakıda tələbə naməlum virusdan öldü - FOTO


08.02.2019 11:41
545
Bakıda tələbə naməlum virusdan öldü - FOTO

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.


Ekspress.az xəbər verir ki, Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib.

Belə ki, qızın H1N1 virusundan dünyasını dəyişdiyi iddia olunur.


Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığı bildirilir.


Bakı Dövlət Universitetindən bildirilib ki, mərhum tələbə üç həftə qabaq dünyasını dəyişib:

“Nərdanə 567 balla tarix fakültəsinə daxil olub. İki imtahana gəlib, dörd imtahana gəlməyib. Biz imtahana gəlmədiyini bildikdə əlaqə saxladıq. Bildirdilər ki, rəhmətə gedib, amma ölüm səbəbi barədə məlumatımız yoxdur” (oxu.az).


BDU-dan qeyd edilib ki, Nərdanə Tağızadənin ailəsi ölüm kağızını hələ də universitetə təqdim etməyib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND