Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı olub

01.04.2019 15:33
269
Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.


Ekspress.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

“Nikol Paşinyan Vladimir Putinə Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verib”, - deyə Mətbuat xidməti vurğulayıb.


Bildirilib ki, tərəflər aprelin 4-də Rusiya-Ermənistan hökumətlərarası birgə iclasının vacibliyini qeyd ediblər.


Ekspress.az