Almaniyadakı azərbaycanlılar Merkelə müraciət edib

21.08.2018 19:10
231
Almaniyadakı azərbaycanlılar Merkelə müraciət edib

Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri xanım Angela Merkelə müraciət ünvanlayıb. Bu barədə "Ekspress.az"a Diasporla İş üzrə Dövlər Komitəsinin mətbuat xidmətindən bildirilib.


Müraciətdə deyilir:

"Almaniya-Azərbaycan münasibətləri qədim tarixə və qarşılıqlı səmimiyyətəsöykənir. XIX əsrin əvvəllərindən başlayaraq bir neçə Alman yaşayış məntəqəsinin Azərbaycandasalınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə tövhə verib. Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına imkan yaratmış və onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək Azərbaycanda qorunub saxlanmasına imkan yaradıb.


Hal-hazırda Azərbaycanda 100-lərlə Alman şirkəti fəaliyyət göstərir. 2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı təxminən 66% olmuşdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,0 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəf­daşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən, Almaniya hər zaman dünyanın, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olmuşdur. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək.


Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb, fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı, hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyayainteqrasiyasının sürətlə vəeffektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi,ictimai və mədəni həyatına tövhələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir.


Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya Kanslerinin Azərbaycana səfəri, tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan vəAvropa İttifaqı-Azərbaycanəlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər,iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinədə önəmli tövhələr verəcək.


Bu baxımdan da, Almaniya kansleri hörmətli xanım Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq".


Murad MƏMMƏDLİ

Açar sözlər: