Taekvondoçularımız AÇ-yə «gümüşlə» başlayıblar

30.11.2018 12:01
39
Taekvondoçularımız AÇ-yə «gümüşlə» başlayıblar


Noyabrın 29-da İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçular arasında növbəti Avropa birinciliyi başlayıb. Birinciliyin start günü yarışlara 12 idmançıyla qatılan Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, yığmamızın üzvü Rahid Vəliyev (37 kq) uğurla çıxış edərək finala qədər irəliləyib və son anda büdrəyərək çempionatda ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, həlledici döyüşdə danimarkalı rəqibinə uduzan (32:35) Rahid Vəliyev startda Fransa (21:19), ardından Türkiyə (13:10) və Rusiya (26:4) təmsilçisini məğlub edərək yarımfinala çıxıb və burada da Rusiyadan olan daha bir rəqibini məğlub edib - 7:6.

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND