Yanvar-may aylarında ölkədən 580 ton çay ixrac olunub

17.06.2019 18:50
154
Yanvar-may aylarında ölkədən 580 ton çay ixrac olunub

Bu ilin yanvar-may aylarında ölkədən 580,2 ton çay ixrac edilib.


Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac edilən çayın dəyəri 3 milyon 689 min ABŞ dolları olub.


Ötən ilin eyni dövründə ölkədən 3 milyon 966 min dollarlıq 587 min ton çay ixrac edilmişdi.


Ekspress.az