Yanvarda 88 milyon manat sığorta haqqı toplanıb

22.02.2019 17:22
322
Yanvarda 88 milyon manat sığorta haqqı toplanıb

2019-cu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 88,2 milyon manat məbləğində sığorta haqları toplanıb, 17,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.          


Ekspress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 72,6 milyon manat, ödənişlər 10,8 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 15,6 milyon manat, ödənişlər isə 6,4 milyon manat olub.


2019-cu ilin yanvar ayında sektor üzrə məcmu sığorta haqlarının 82.3%-i könüllü, 17.7%-i isə icbari sığorta növlərinin payına düşüb.


Sığorta ödənişlərinin 62,8%-i könüllü, 37,2%-i icbari sığorta növləri hesabına formalaşıb.


Ekspress.az

Açar sözlər: