Azercell Sim-Sim abunəçiləri üçün yeni "Sadə" tarif paketini təqdim edir

17.04.2019 15:46
91
Azercell Sim-Sim abunəçiləri üçün yeni "Sadə" tarif paketini təqdim edir


Ölkənin telekommunikasiya bazarında ən sərfəli təklifləri təqdim etməyi hədəfləyən Azercell, yeni "Sadə" tarif paketini abunəçilərinin istifadəsinə vermişdir.


Aprel ayının 16-dan etibarən, Azercell-in Sim-Sim abunəçiləri yeni "Sadə" tarif paketi çərçivəsində həftəlik “S2” və aylıq “S6” paketlərdən yararlana biləcəklər. Beləliklə, Azercell abunəçiləri həftədə 2 AZN ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 AZN ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.


Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/sade/ səhifəsinə daxil olun. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND