Balaxanı Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq

10.01.2019 16:38
40
Balaxanı Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq

Balaxanı Sənaye Parkında bu il daha 3 rezidentin və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Balaxanı Sənaye Parkının hazırda 15 rezidenti var. Onlardan 7-si fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 37,3 milyon manat investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Rezidentlərdən biri süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği isə 4 milyon manatdır və 150 nəfər daimi işlə təmin olunub. Müəssisənin illik istehsal gücü 348 tondur. İstehsal sahəsində daimi iş yerləri açılıb. Burada istehsal olunan məhsulların ixracı da nəzərdə tutulub.


Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin əksəriyyəti üçün "təkrar emal" məhsulu, xammal yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınır.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND