• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 15 °C Naxçıvan

Qax və Şəkidə 60 ədəd tütünqurutma kamerası tikiləcək

11.02.2019 11:53
87
Qax və Şəkidə 60 ədəd tütünqurutma kamerası tikiləcək

Azərbaycan Sənaye Korporasiyası (ASK) Qax və Şəki rayonlarında 60 ədəd tütünqurutma kameralarının tikintisinə 3,2 milyon manatdan artıq vəsait yönəldəcək.


ASK-nın məlumatına görə, «Fayton Ltd MMM» tütün qurutma kamerasının tikintisi üzrə podratçı olub.


Şirkətlə 3 mln. 241 min manat məbləğində müqavilə imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb (İnterfaks-Azərbaycan).


“Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.


Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND