Zelenski və Poroşenko Ukraynada prezident seçkilərinin ikinci turuna çıxıblar

04.04.2019 11:22
164
Zelenski və Poroşenko Ukraynada prezident seçkilərinin ikinci turuna çıxıblar

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin prezident seçkilərinin nəticələrinə dair protokolların hamısını hesablayıb.


Ekspress.az Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, MSK-nın nəticələrinə əsasən, aktyor və şoumen Vladimir Zelenski liderliyini qorumaqda davam edir. O, seçkilərdə 30,24% səs toplayıb.


Rəsmi nəticələrə görə, ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.


Digər namizəd - "Batkivşina" Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib. 


Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND