Azərbaycandan olan deputatla Moldavada seçkiləri müşahidə edir

24.02.2019 13:14
214
Azərbaycandan olan deputatla Moldavada seçkiləri müşahidə edir

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin deputatı Sabir Hacıyev Moldovada keçirilən parlament seçkilərini müşahidə edir.


M.Pənahov bu gün keçirilən səsvermə prosesini Moldovanın paytaxtı Kişineudakı seçki məntəqələrində, S.Hacıiyev isə Qaqauziya ərazisində yerləşən məntəqələrdə izləyir.


Moldovada keçirilən parlament seçkilərini 4 mindən çox yerli və xarici müşahidəçi izləyir. 2141 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla 21:00-da başa çatacaq. Moldova sakinləri 101 deputatı seçmək üçün səs verir.


Ekspress.az

Açar sözlər: