“Övlad itkisi ürəkdən çıxan deyil...” - Şəhid Zəhranın atası

13.02.2019 11:40
342
“Övlad itkisi ürəkdən çıxan deyil...” - Şəhid Zəhranın atası

Bu gün 2017-ci il iyulun 4-də ermənilər tərəfindən nənəsi Sahibə Quliyeva ilə birlikdə şəhid olan bir yaşlı Zəhra Quliyevanın doğum günüdür. Z.Quliyeva 2016-cı il fevralın 13-də Füzuli rayonunun Alxaslı qəsəbəsində anadan olub. O, şəhid olanda cəmi 14 aylıq idi. 


Ekspress.az xəbər verir ki, Zəhranın atası Elnur Quliyev "moderator.az"a açıqlamasında övlad itkisinin bir ata üçün çox çətin olduğunu deyib:


“Bu gün Zəhranın doğum günüdür, yaşasaydı 3 yaşı tamam olacaqdı. Zəhra ilk övladım idi, ondan sonra bir oğlum dünyaya gəldi on aylıqdır, adını da Murad qoyduq. Amma Zəhra heç vaxt yadımızdan çıxmayacaq. Övlad itkisi ürəkdən çıxan şey deyil. Doğum günüylə bağlı bu gün ehsan verəcəyik, qəbrini ziyarət edəcəyik. Həmin hadisədə bilirsiniz ki, anamı da itirdim”.


Allah rəhmət eləsin!


Açar sözlər: