Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

26.08.2019 15:24
55
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.


Ekspress.az azərtac -a istinadən xəbər verir ki, məktubda deyilir:


"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya


Hörmətli Mehriban Arif qızı.


Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.


Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.


Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.


Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND