"ABŞ-ın terrorçu PYD/YPG ilə elə yaxın əlaqəsi var ki..." - Çavuşoğlu

09.01.2019 19:25
144
"ABŞ-ın terrorçu PYD/YPG ilə elə yaxın əlaqəsi var ki..." - Çavuşoğlu

"ABŞ-ın PKK-nın Suriya qanadı olan PYD/YPG ilə elə yaxın əlaqəsi var ki, indi Vaşinqtona öz qoşunlarını Suriyanın şimal ərazilərindən çıxartmaq çətin gəlir".


Ekspress.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


Nazirin sözlərinə görə, Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına başlamaq niyyətində olduğu bütün dünyaya məlumdur. "Ankara Türkiyənin milli təhlükəsizliyi məsələsində heç kimə güzəştə getməyəcək".


Xatırladaq ki, ötən il dekabrın 12-də Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı yeni hərbi əməliyyata başlayacağını bəyan etmişdi.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND